"Marsel"inin baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis matçla bağlı bunları deyib:
- Əlbəttə çətin oyun oldu. Bəli, əvvəlki oyun da çətin idi. Amma bu matçda daha rahat qələbə qazandıq.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Vacinin epozidunda Qurban Qurbanov da qərar verdi ki, qol sayılmasın. Buna münasibətiniz?
- Bunu necə şərh edəcəyimi bilmirəm. Həyatımda belə şey görməmişdim. Qurban Qurbanov ləyaqətli hərəkət etdi. Buna şərh verə bilmirəm, sadəcə, onun yerində olmaq istərdim".
- Beynəlxalq oyunlara çox çıxırsız. Bu qələbə barədə nə deyə bilərsiz?
- Bu gün qərar verdim ki, futbolçular bu heyətlə çıxıb qalib gəlməlidir.
- 30 ildir məşqçilik edirsiz. Vacinin epizodu sizin başınıza gəlsəydi, nə edərdiz?
- Yenə də qeyd edirəm, həyatımda belə bir şey olmayıb. Amma səmimi deyirəm, belə bir şey olsaydı qolu qeyd edərdim. Bu, mənim üçün təcrübə oldu.
- Oyundan əvvəl klubun rəsmi səhifəsində atla bağlı paylaşım edilmiş və "Qarabağ"a söz atılmışdı. Qurban Qurbanovun hərəkətindən sonra Fransaya necə qayıdırsız?
- Təbii ki, geriyə təyyarə ilə qayıdacağıq. Qarabağın bütün oyunlarını izləmişəm. Onlar bu gün bizdən üstün oldu. Qalib gəldiksə, futbolçuların fərdi hesabına oldu.