UEFA "Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında Konfrans Liqasının qrup oyununun keçiriləcəyi stadionla bağlı Bakıya xüsusi nümayəndə göndərəcək.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə "Report"a açıqlamasında qitə futbol qurumunun əməkdaşının iki arenanın - Tofiq Bəhramov adına Respublika stadionu və Bakı Olimpiya Stadionunun (BOS) ot örtüyünə baxış keçirəcəyini bildirib: "Məhz bundan sonra görüşün oynanılacağı məkan dəqiqləşəcək. Biz qarşılaşmanın mərkəzi arenada keçirilməsini istəyirik. Amma böyük ehtimalla oyun BOS-a salınacaq".
Qeyd edək ki, sentyabrın 16-da gerçəkləşəcək "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq. Respublika stadionun öt örtüyü bərbad vəziyyətdə olduğu üçün matçın məkanı dəyişdirilə bilər.