"Neftçi" klubunun müdafiəçisi Mert Çelik sabah UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində Hayfa "Makkabi"si ilə qarşılaşacaqları oyundan əvvəl təşkil olunan mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, futbolçu oyunun çox çətin keçəcəyini bildirib:

"Çox çətin oyun olacaq. Rəqibin önəmi yoxdur, qələbə ilə başa vurub, İsrailə yaxşı nəticə ilə getmək istəyirik. Mən hər gün özümü inkişaf etdirməyə çalışıram. Baş    məşqçi mənə şans verir, mən də şansdan istifadə edib, komandama faydala olmağa çalışacam".