"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin İsrail "Aşdod"u ilə cavab matçı üçün təşkil edilən mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bu oyunda Bakıdakı qarşılaşmadan daha diqqətli lmağa çalışacaqlarını bildirib.
"Oyunun vacibliyini bilirik. Hər iki komanda istəklidir və qalib gəlmək istəyir. Meydanda ən yaxşısını etməyə və Bakıda keçirilmiş ilk matçdan daha diqqətli oynamağa çalışacağıq".
Qurbanov, komandasının çox istəkli olduğunu qeyd edib.
"Mütləq daha diqqətli olmalı və dəqiq oynamalıyıq. Bu rəqibə çox inam vermək olmaz. Topla daha tez davranmalıyıq. Heyətdə ciddi dəyişiklik baş verməyəcək. Komanda olaraq çox istəkliyik. Futbolçular oyuna tam hazırdır".
Qeyd edək ki, bu gün İsraildə keçiriləcək "Aşdod" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk oyun qolsuz bərabərliklə yekunlaşıb.