"Neftçi" klubu sabah UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Kiprdə "Aris" ilə qarşılaşacaq.

 Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" artıq Larnaka şəhərindədir. 

Bəs görəsən, Kiprdə yaşayan həmyerlilərimiz sabahkı matçda təmsilçimizi dəstəkləmək üçün stadiona gələcəklər? 

Sualımızı cavablandıran "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev onlara hələlik bu barədə heç bir müraciətin olmadığını söyləyib.

Xatırladaq ki, "Aris" - "Neftçi" görüşü sabah "AEK Arena"da Bakı vaxtilə saat 21:30-da keçiriləcək.

Daşqın Əziz