AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Kəpəz" klubunun şikayətini qismən təmin edib.

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi quruma U-19-un futbolçu Amur Yusifovun cəzasının ləğv edilməsi xahişi ilə müraciət ünvanlayıb.

Belə ki, A.Yusifov aprelin 16-da AFFA Gənclər Liqasında “Qarabağ”a qarşı oyunun 67-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

AFFA İntizam Komitəsi bu hərəkətinə görə gənc futbolçunu 3 oyunluq cəzalandırıb.

Apellyasiya Arbitraj Tribunalı isə 3 oyunluq cəzanı yüngülləşdirərək, bu matçlardan 1-ni şərti elan edib. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti nəzərdə tutulub.