Əvəzedicilər Liqasında 32-ci turun son matçı keçirilib.

Offsideplus.az xəbər verir ki, "Sumqayıt-2" "Neftçi-2"ni qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Oyunda hesab 84-cü dəqiqədə açılıb. Qonaqların futbolçusu Hüseyn Babayev adını tabloya yazdırıb. 3 dəqiqə sonra isə ev sahiblərinin oyunçusu Əjdər Hacılı fərqlənərək komandasına 1 xal qazandırıb.

Əvəzedicilər Liqası, 32-ci tur

"Sumqayıt-2" - "Neftçi-2" 1:1

Qollar: Hüseyn Babayev, 84. (0:1); Əjdər Hacılı, 87. (1:1)

Kapital Bank Arena (ehtiyyat meydançası)