"Keçən ilin qisasını almağa çalışacam. "Xəzri"də köməkçi məşqçi olaraq "Sabah"a qarşı final oynamışdım. Deyərdim ki, bu il revanş almağa çalışacam".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin məşqçisi Daviti Çivçivadze "Abşeron"u məğlub edərək, finala çıxdıqları oyundan sonra "Azbasketbol"a açıqlamasında deyib. Gürcü mütəxəssis 72:81 hesabı ilə yekunlaşan matçı belə şərh edib:

"Yarımfinalda asan oyun yoxdur. Rəqib yenə ilk hissədə hesabda üstün idi. Öz oyunumuzu ikinci hissədə göstərdik, məncə, bunun səbəbi çox oyun keçirməməyimizdədir. Müntəzəm mövsüm başa çatandan bəri cəmi 4 matça çıxmışıq. Məncə, bu, əsas problem idi. Biz oyuna nəzarəti ələ keçirəndən sonra nəticəni də gördünüz".