Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, ilk oyun Şəkidə eyniadlı komanda ilə son çempion "Sabah" arasında baş tutub. Rəqibini açıq-aşkar üstələyən "Sabah" ikinci qələbə sayəsində finala yüksəlib.
Günün digər görüşündə "Abşeron" "Neftçi" ilə qüvvəsini sınayıb. Böyük fasiləyə qədər Erhan Tokerin komandasının üstünlüyü olsa da, 40 dəqiqənin sonunda Daviti Çivçivadzenin kollektivi rəqibi məğlub edərək, adını həlledici matça yazdırıb.
Beləliklə, Azərbaycan Basketbol Liqasında finalda "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək.
ABL, yaımfinal
14:00 "Şəki" - "Sabah" 72:96 (10:19; 14:31; 22:31; 26:15)
seriyada hesab: 0:2
Şəki Olimpiya İdman Kompleksi
19:00 "Abşeron" - "Neftçi" 72:82 (15:22; 22:10; 18:27; 17:22)
seriyada hesab: 0:2
Bakı İdman Sarayı
*ilk 2 qələbə qazanan komanda finala yüksəlir