Azərbaycan Basketbol Liqasının yarımfinalında "Neftçi"yə uduzaraq mübarizəni dayandıran "Abşeron"un baş məşqçisi Erhan Toker oyundan sonra mövsümü dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, türkiyəli mütəxəssis
"İlk oyunda qələbə ilə davam edib, sona 1 dəqiqə 40 saniyə qalarkən üstünlüyü əldən verməyə başlamışdıq. Bəlkə də yorğunluğdan irəli gəlirdi. Məhz o məğlubiyyətdən sonra işimiz çətinləşmişdi. Buna qədər də biz mərhələləri 3 oyundan sonra adlaya bilmişdik. 2-0 hesablı üstünlüyümüz olmamışdı. Bu da öz növbəsində ardıcıl istirahətsiz oyunlar deməkdir. Bu gün imkanımız olsaydı, bəzi oyunçulara istirahət verərək oynadardım, amma elə bir şansımız yox idi. Rəqib isə bizdən daha gümrah idi. Onlar bizdən daha az oyun keçirmişdilər bu müddətdə. Əlavə olaraq "Neftçi" bizdən daha yaxşı büdcəyə malikdir. 2 milli komanda oyunçuları heyətlərində yer alır. Biz isə gənc yerlilərlə oynadıq mövsümü. Bir oyunçumuz 16, digəri 17 yaşında. Buna baxmayaraq onlar ( İsmayıl Abdullayev, Məhəmməd Hüseynli) liqaya nəzər salsaq digər yerli oyunçularla müqayisədə daha çox komandaya dəstək veriblər. Sadəcə müqayisə aparsaq digər komandalarda daha təcrübəli yerli oyunçular oynadı mövsüm ərzində. Bizim gənclərimiz də gələcəyin dəyərli oyunçuları olacaq. Onlara və bütün komanda üzvlərimə çox böyük təşəkkür edirəm. Basketbolçularım heç bir məğlub olduğumuz oyunda mübarizəsiz təslim olmayıb. Elə "Neftçi" ilə matçlar daxil. Qazanmaq üçün hər şey etdik. Mövsüm ərzində fəlsəfəmiz də bu idi. Nəticədən asılı olmadan əlimizdən gələnin ən yaxşısını etmək. Rəqiblərimizi bir daha təbrik edirəm.
E.Toker "Abşeron"a mövsüm ərzində dəstək olan azarkeşlərə minnətdarlığını bildirib:
-Abşeron Olimpiya idman kompleksində oynadığımız oyunlardan etibarən bizim bir azarkeş kütləmiz formalaşdı. U-12 komandamızın yeniyetmə basketbolçuları da mövsüm ərzində əsas komandaya dəstək oldular. Növbəti mövsüm "Abşeron"un sponsoru olacaq şirkətlərin rəhbərlərinin dəstəyi də "play-off"da komandamıza güc verdi. Bütün bunlarla yanaşı oyunçularımın parket üzərində göstərdikləri mücadilə və gözəl oyun da azarkeşləri arenaya cəlb elədi. Mən hər birinə çox böyük təşəkkür edirəm. Növbəti mövsüm görüşmək ümidi ilə.