Madridin "Real" klubu "Liverpul"un 26 yaşlı argentinalı yarımmüdafiəçisi Aleksis Mak Allisterlə maraqlanır.
Offsideplus.az xəbər verir ki, "Liverpul" Mak Allisteri yalnız 100 milyon avroluq təklif olacağı təqdirdə buraxmağa hazırdır. Bildirilir ki, "kral klubu" argentinalı futbolçunun oyun keyfiyyətlərini yüksək qiymətləndirsə də, ingilislərin tələb etdiyi məbləği realdan artıq hesab edir.
Qeyd edək ki, Mak Allister cari mövsümdə bütün turnirlər üzrə 47 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun "Liverpul"la qüvvədə olan müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 90 milyon avro təşkil edir.