Poertuqaliya milli komandası və "Əl Nəsr" klubunun üzvü Kriştianu Ronaldu klub satın ala bilər. 

Offsideplus.az xəbər verir ki, 40 yaşlı ulduz dəfələrlə karyerasını bitirdikdən sonra baş məşqçilik etmək istəmədiyini və bizneslə məşğul olacağınl bildirib. Futbol-maliyyə eksperti Rob Vilson İngitərə mətbuatına verdiyi müsahibədə, Ronaldunun ingilis klubu satın almaq ehtimalı olduğunu açıqlayıb. O, Kriştianuya İngiltərə 2-ci Liqa komandalarından "Çeltenhem Taun"u satın almağı məsləhət görüb. 

Qeyd edək ki, adıçəkilən klub turnir cədvəlində 24 komanda arasında 15-ci yerdə qərarlaşıb.