“Bavariya” rəhbərliyi Florian Virtz ilə şəxsi razılıq əldə edib.
Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi uzun müddətdir ki, 21 yaşlı yarımmüdafiəçi ilə maraqlanırdı və nəhayət, futbolçunun özü ilə bütün əsas şərtlər üzrə razılıq əldə olunub.
Lakin transferin reallaşması üçün “Bavariya”nı ciddi maliyyə maneələri gözləyir. “Bayer Leverkuzen” rəhbərliyi Florian Virtz üçün minimum 100 milyon avro tələb edir. Leverkuzen təmsilçisi gənc ulduzun komandanın əsas oyunçularından biri olduğunu nəzərə alaraq, onun transferində sərt mövqe nümayiş etdirir.
Qeyd edək ki, Virtz bu mövsüm sərgilədiyi oyunla təkcə Almaniya daxilində deyil, Avropanın bir sıra nəhəng klublarının da diqqətini cəlb edib. Onunla xüsusilə “Real Madrid” ciddi maraqlanır. Madrid klubu gələcəyin böyük ulduzlarından biri hesab olunan Florian Virtzi heyətinə qatmaq üçün vəziyyəti yaxından izləyir və təklif verməyə hazırlaşır.