İki həftəlik fasilədən sonra bu gün UEFA Çempionlar Liqasında mübarizə başlayıb.
Offsideplus.az xəbər verir ki, qitənin ən nüfuzlu klub yarışında yarımfinal mərhələsinə start verilib.
Günün yeganə qarşılaşması İngiltərənin paytaxtı Londonda "Arsenal" və PSJ arasında keçirilib.
Luis Enrikenin komandası Usman Dembelenin qolu ilə səfərdən minimal hesablı qələbə ilə ayrılıb: 0:1.
Komandalar arasında cavab matçı 1 həftə sonra keçiriləcək.
Sabah yarıfinalın digər matçı - "Barselona" - İnter" oyununun keçirilməsi nəzərdə tutulub.
"Arsenal" - PSJ 0:1
Qol: Usman Dembele, 4.