Rio Ferdinand "Real Madrid" klubunu tənqid edib.
Offsideplus.az xəbər verir ki, əfsanəvi futbolçu "Kral klubu"nu əlində olan gənc istedadlardan istifadə edə bilməməkdə günahlandırıb.
"Arda Güler... "Real Madrid" klubunun problemi var. Toni Kroos karyerasını bitirdi, Luka Modriç isə gəncləşə bilməz. İndiki "Real Madrid" komandasına idarəçi, manipulyator, ritm yaradan biri lazımdır. Onların yaxşı futbolçuları var, lakin futbolçuları qarışdırmaq üçün ən vacib element yoxdur".