Aleksandr Usik gələn il döyüşmək istədiyi boksçunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, ukraynalı idmançı rinqdə qarşısında Deontey Uaylderi görmək istəyir.
Uaylder son olaraq 2025-ci ilin iyununda döyüşüb və qalib gəlib.
Usik professional boks karyerasında heç vaxt məğlub olmayıb. O, 24 görüşün 15-də nokautla qələbə qazanıb.
Ukraynalı boksçu son olaraq Daniel Dyubuanı məğlubiyyətə uğradıb.



