Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq oyuna təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, qadın voleybolçular arasında CEV Kubokunun 1/16 final mərhələsində Türkiyənin "Qalatasaray" və Portuqaliyanın "Portu" komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Dekabrın 3-də İstanbulda baş tutacaq qarşılaşmanın hakimləri italiyalı Mauro Karlo Qoitre və finlandiyalı Marko Oravaynen olacaq.