Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq cədvəlini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, siyahıda ən yüksək pillədə yer alan azərbaycanlı olan Şəhriyar Məmmədyarov 5 pillə geriləyib.

O, 19-cu sırada qərarlaşıb - 2730.

Teymur Rəcəbov (2692) 37-ci, Rauf Məmmədov (2645) 78-ci, Eltac Səfərli (2644) 79-cu yerdədir. Aydın Süleymanlı (2628) isə 99-cu pillədədir.

Siyahıya Maqnus Karlsen (2840) başçılıq edir.

Qadınların reytinqində Ülviyyə Fətəliyeva 33-cü yerdədir - 2440.

Günay Məmmədzadə (2390) 53-cü, Gövhər Beydullayeva (2358) 80-ci, Xanım Balacayeva (2350) 89-cudur.

Burada isə çinli Hou İfan (2620) liderliyini qoruyur.