Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində bu gün iki cüdoçumuz mübarizəyə qoşulacaq.
Offsideplus.az xəbər verir ki, Olimpiya çempionu Hidayət Heydərov (73 kq) 1/16 finalda Adil Osmanov (Moldova) - Covanni Esposito (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.
Eyni çəkidə yarışan digər təmsilçimiz Rəşid Məmmədəliyev isə ABŞ-li Stiven Boldbaatarla münaqsibətlərinə aydınlıq gətirəcək.
Turnirin final bloku Bakı vaxtı ilə saat 17:00-dan etibarən başlayır.
Qeyd edək ki, təmsilçilərimiz yarışın ilk gününü medalsız başa vurublar.



