FIDE-nin yeni reytinq cədvəli açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Şəhriyar Məmmədyarov iki pillə irəliləyib və 14-cü yerə yüksəlib. Onun aktivində 2742 xal var.

Teymur Rəcəbov (2692) 38-ci, Rauf Məmmədov (2655) 62-ci, Eltac Səfərli (2630) 100-cü yerdədir.

Kişilərin siyahısına hələ də Maqnus Karlsen (2839) başçılıq edir.

Qadın şahmatçılarımızdan isə Ülviyyə Fətəliyeva (2410) 35-ci pilləyə yüksəlib.

Günay Məmmədzadə (2390) 51-ci, Gövhər Beydullayeva (2362) 73-cü Xanım Balacayeva (2351) 87-cidir.

Burada isə çinli Hou İfan (2617) liderdir.