Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür.
Offsideplus.az xəbər verir ki, ölkəmizdə ilk mətbu orqanı 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşr edilib.
“Əkinçi”nin 2 il 2 ay ərzində, daha doğrusu 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.
1991-ci ildən etibarən 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir.
1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.
Son illərdə Azərbaycanda idman mətbuatı da sürətlə inkişaf edir, müasir jurnalistikanın tələblərinə cavab verən gündəlik xəbərlər, məqalələr, foto və videogörüntülər təqdim edir.
Bayramımız mübarək!



