2023-cü ilin iyununda "Səbail"dən istefa verərək ayrılan Fərəc Əliyev özünə yeni iş yeri tapıb.

Offsideplus.az xəbər verir ki, "dənizçilər"in sabiq icraçı direktoru karyerasını "Neftçi İdman Klubu"nda davam etdirəcək.

Adı çəkilən şəxs İctimai Birliyin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsini icra edəcək.

Qeyd edək ki, "Neftçi İdman Klubu"nun sədri Hafiz Zeynalovdur.