Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, kişi voleybolçular arasında Çempionlar Liqasında iş başında olacaq.

Zülfüqarov E qrupunda “Levski” (Bolqarıstan) - “Şomon” (Fransa) matçında birinci hakim funksiyasını icra edəcək. Görüşün ikinci referisi lixtenşteynli Aleksander Sikanyiçdir.