Özbəkistanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millisinin kapitanı Nicat Abasov komandanın hazırlıq prosesi və hədəfləri barədə danışıb.

Offsideplus.az qrossmeysterin fikirlərini təqdim edir.

Milli komandanın son təlim-məşq toplanışını Basqalda keçirdiyini bildirən N. Abasov Çin, Hindistan, Gürcüstan, Qazaxıstan və ABŞ kimi güclü rəqiblərin yer aldığı turnirdə ən yaxşı nəticə üçün mübarizə aparacaqlarını vurğulayıb. Qrossmeyster belə ağır yarışlarda bəxt amilinin də mühüm rol oynadığını diqqətə çatdırıb.

Gənc zəka sahiblərinin inkişafına da toxunan Nicat Abasov iyun ayından birgə çalışdığı Xaqan Əhmədin Türkiyə Superliqasında beynəlxalq qrossmeyster üçün ilk normanı yerinə yetirməsini yüksək qiymətləndirib və onun tezliklə bu titula sahib olacağına inandığını bildirib.