US Open turnirinin kişilərdə 1 nömrəli seriya başçısı Aleksandr Zverev gərgin keçən matçda qalib gələrək 3-cü mərhələyə yüksəlib.
Offsideplus.az xəbər verir ki, almaniyalı tennisçi fransalı Kanten Alisə 5 setlik dramatik oyunda qalib gəlib — 6-4, 4-6, 7-6(3), 6-7(3), 6-3.
"Arthur Ashe" kortunda 4 saat 33 dəqiqə sürən və yerli vaxtla gecə saat 02:15-də başa çatan qarşılaşmadan sonra 29 yaşlı idmançı növbəti mərhələdə çilili Alexandro Tabilo ilə üz-üzə gələcək.
İlk iki oyunda kortda təxminən 10 saat vaxt keçirən Zverev matçdan sonra emosiyalarını gizlətməyib:
"Düzünü desəm, oyunum çox bərbad idi. Amma əsas odur ki, qələbə qazandım."


