Qadınlardan ibarət "DH Volley" komandası Yüksək Liqada növbəti qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, kollektiv bu dəfə XIII turda "Turan" ilə üz-üzə gəlib.

AVF-nin idman zalında baş tutan qarşılaşma "DH Volley"in 3:2 (25:23, 23:25, 25:10, 19:25, 15:13) hesablı qalibiyyəti ilə başa çatıb. 

Qeyd edək ki, "DH Volley" turnir cədvəlində ikinci, "Turan" isə 1 xal üstünlük ilə birincidir.