"Qaradağ Lökbatan" futbol üzrə I Liqada rəsmən yerini itirib.
Offsideplus.az xəbər verir ki, Amit Quluzadənin yetirmələri bu gün "Karvan"la heç-heçə oynayıblar.
Bu nəticədən sonra xalını 23-ə çatdıran "Qaradağ Lökbatan"ın sona 1 tur qalmış axırıncı - 10-cu pilləni tərk etməyəcəyi dəqiqləşib.
Əgər komanda son turda qalib gəlsə belə 26 xala malik ən yaxın rəqibləri "Cəbrayıl" və "Difai"ni üstələyə bilməyəcək. Çünki reqlamentə görə, klubların xalları eyni olarsa, qələbələrin sayı əsas götürülür. "Qaradağ Lökbatan" mövsümdə 5, onun ən yaxın izləyiciləri isə 7 qələbə qazanıblar.
I Liqa, XXVI tur
16 may
"İmişli" - "Baku Sporting" 0:0
"Difai" - "Cəbrayıl" 1:1
MOİK - "Mingəçevir" 1:3
"Karvan" - "Qaradağ Lökbatan" 2:2
15 may
"Qəbələ" - "Zaqatala" 4:0



