I Liqa təmsilçisi "İmişli"nin stadionunda təmir işləri sürətlə davam edir.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi ev oyunlarının tez zamanda doğma meydanda keçirilməsini istəyir.
Redaksiyamıza məsələ ilə bağlı informasiya daxil olub. İmişli şəhər stadionu noyabrın əvvəlində hazır olacaq. Arenada ilk oyun I Liqanın VII turunda keçiriləcək. Həmin vaxt "İmişli" "Qaradağ Lökbatan"ı qəbul edəcək.