"Qəbələ" növbəti futbolçunu heyətinə cəlb edib. 

Offsideplus.az xəbər verir ki, komanda Elşad Tağıyevlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qəbələ" akademiyasının yetirməsi olan 23 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu daha öncə "Turan Tovuz" və "Səbail"in əsas komandalarında çıxış edib. "Neftçi"nin əvəzedici heyətində də forma geyinən Elşadın son komandası "Şamaxı" olub.