"Qaradağ Lökbatan" heyətini daha bir futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, qəsəbə təmsilçisi Fərid Nadirovun keçidini həll edib. Müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan 24 yaşlı futbolçu "Şamaxı", "İmişli" və "Araz-Saatlı" kimi klublarda çıxış edib.

Fərid Nadirov U17 yığmamızın da üzvü olub.