“Şamaxı” rəhbərliyi İdarə Heyətinin sədr müavini Ramiz Məmmədovun üzvlüyünə xitam verib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna R.Məmmədovun bir neçə gün öncə I Liqa təmsilçisi "Mingəçevir"ə baş məşqçi təyin edilməsi səbəb olub.

Artıq onun əvəzləyicisinin adı müəyyənləşib.

Son 3 ildə klubda gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışan milli komandamızın sabiq futbolçusu Vəli Qasımov "Şamaxı"nın İdarə Heyətinə yeni üzv seçilib.