"Real Madrid"in hücumçusu Kilian Mbappe PSJ-yə qarşı mənəvi təzyiqlə bağlı şikayətini geri götürüb

Offsideplus.az xəbər verir ki, fransalı hücumçu diqqətini yalnız futbola yönəltmək istədiyi üçün şikayətini geri çəkib.

Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Bununla belə, onların digər məhkəməsi isə davam edir. 26 yaşlı futbolçu son aylarda ödənməmiş maaşını və bonuslarını (55 milyon avro) Fransa klubundan tələb edir. 

Mbappenin hazırda PSJ-nin prezidenti Nasser Al-Xelaifi ilə münasibətləri daha yaxşıdır. Bunu funksionerin son açıqlaması da təsdiq edir:

"Bu il onsuz da bizim üçün əla keçdi, amma mən ona "Real Madrid"də ən yaxşısını, ürəkdən arzulayıram".