Fransa yığmasının və "Real Madrid"in futbolçusu Kilian Mbappe sabiq komandası PSJ-ni məhkəməyə verib.
Offsideplus.az xəbər verir ki, fransız hücumçu Paris klubunun rəhbərliyini "mənəvi təcavüz"də günahlandırır.
İddiaya görə, PSJ rəsmiləri 2023-cü ildə Mbappeyə komandadan ayrılmamağa görə psixoloji təzyiq göstəriblər, onu oyunlardan və məşqlərdən uzaqlaşdırıblar. Yalnız tərəflərin "konstruktiv danışıqlar"ından sonra futbolçu heyətə qaytarılıb.
Bu gün Paris prokurorluğu ittihamla bağlı araşdırmalara başlayıb.
Xatırladaq ki, "Real Madrid"ə keçmək istəyini hələ bir neçə il əvvəl büruzə verən Mbappe bu arzusuna ötən il azad agent qismində nail olub.