"Fənərbağça"nın futbolçusu Brayt Samuel-Osayinin evi soyulub.

Offsideplus.az xəbər verir ki, onun evini soyanların özünün çağırdığı eskortlar olduğu deyilir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Nigeriyalı futbolçu isə bu iddiaları rədd edib:

"Həmişəki kimi, adımı ləkələyirlər. Mövsüm bitəndə hamını və hər şeyi ifşa edəcəyəm".

Xatırladaq ki, onun "Fənərbağça" ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.