Eşitmə məhdudiyyətli əlillər arasında futzal üzrə “Bahar turniri” baş tutacaq.
Offsideplus.az xəbər verir ki, yarış AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə 19-21 may tarixlərində keçiriləcək.
Bakı İdman Sarayında təşkil ediləcək yarışın son günündə mükafatlandırma mərasimi olacaq.
“Bahar turniri”nin təqvimini təqdim edirik:
19 may
10:00. Açılış mərasimi
10:30. Bakı – Azəri
11:30. Zirvə - Şimşək
12:30. Azəri - Ümid
20 may
10:00. Zirvə - Bakı
11:00. Şimşək - Azəri
12:00. Ümid – Zirvə
13:00. Bakı – Şimşək
21 may
10:00. Ümid - Bakı
11:00. Azəri - Zirvə
12:00. Şimşək - Ümid
13.00. Mükafatlandırma mərasimi