Səudiyyə Ərəbistanı çempionatında keçirilən növbəti oyun dünya ulduzu Kriştiano Ronaldo üçün uğursuz nəticələnib.
Offsideplus.az xəbər verir ki, onun şərəfini qoruduğu "Əl-Nəsr" doğma divarlar arasında "Əl-İttifaq"a uduzub - 2:3.
Oyunu izləyənlər arasında superağır çəkidə peşəkar boks üzrə dünya çempionu Aleksandr Usik da olub. Görüşün start fitindən öncə meydançaya çıxan ukraynalı idmançı Ronaldonun qol sevincini təqlid edərək, azarkeşləri çoşdurub.
Lakin hadisələrin sonrakı gedişi Ronaldonun əhval-ruhiyyəsini korlayıb. Görüşdə əsas məqamlar ikinci hissədə yaşanıb. "Əl-Nəsr" ilik hissəsi qolsuz bərabərliklə bitən matçda fasilədən sonra iki dəfə hesabda önə çıxıb. Lakin 82-ci dəqiqədə Əl-Fatil avtoqol müəllifinə çevrilib.
Qarşılaşmanın son dəqiqələri isə daha dramatik keçib. 89-cu dəqiqədə "Əl-İttifaq"ın heyətində Corcinyo Viynaldum 3-cü qola imza atıb. "Əl-Nəsr" futbolçuları meydançanın mərkəzindən oyuna başlamaq istəyərkən, rəqibin futbolçusu vaxt uzatmaq məqsədlə topu kənara vurub. Bu səbəbdən meydan sahiblərinin üzvü Con Duran həmin futbolçunu başına zərbə endirib. Matçın rusiyalı baş hakimi Kirill Levnikov Duranı qırmızı vərəqə ilə meydançadan qovub.
Hadisələrin gedişatı Ronaldonu da özündən çıxarıb. 40 yaşlı portuqaliyalı oyunun hakimlərinə kəskin etirazını bildirib. Xüsusilə baş hakimin köməkçisinə şikayətlənən futbolçu əsəbiləşərək, topu texniki zonaya göndərib. Ancaq nə hakimlər qərarı dəyişiblər, nə də məğlubiyyətdən qaçmaq mümkün olub.