"Hansısa dövlətdə bu sahənin vəziyyəti ümumi inkişafla bağlıdır. Dünyada tanınmış idman ölkəsi kimi qəbul edilən Azərbaycanda Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər bir sıra beynəlxalq yarışlar ən yüksək təşkilatçılıqla keçirilib, müasir idman infrastukturu yaradılıb. İdmançılarımız beynəlxalq yarışlarda medallar qazanıblar və nəticəsi 2024 Paris Olimpiya Oyunlarında Azərbaycanın iştirak edən müsəlman ölkələri arasında 3-cü yeri tutması uğurudur".
Bu sözləri Offsideplus.az-a açıqlamasına hüquqşünas Əsgər Cəfərzadə dedi. Həm də FİFA lisenziyalı futbol agenti olan həmyerlimiz Mançester şəhərinə səfər edib. Öz təəssüratlarını bizimlə bölüşdü:
"Dövlət müstəqilliyinin bərpasından cəmi 33 il keçməsini nəzərə alsaq, bu, böyük hadisədir. Dördüncüsü idmançılarımızın qazandığı qələbə uşaq idmanının inkişafına təsir edəcəkdir. Bundan ötrü ölkəmizdə bütün zəruri şərait vardır.
Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürurla seyr ediriksə, bütün naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasətinin dayandığını yaxşı bilirik.
Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyevin dəstəyi, ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha da inkişafına böyük töhfələr verəcək.
Azərbaycanın nümayəndəsi Beynəlxalq İdman Hüquqşünasları Assosiasiyasının üzvü, həmçinin FİFA agenti kimi idmançıların hüquqlarının qorumasına və ölkəmizdə uşaq futbolunun inkişafına dəstək olmağa çalışıram.
Bunan bağlı Mançesterə işgüzar səfərin məqsədi "Mançester Siti" akademiyasının şəraiti ilə tanış olmaq idi. Bundan əlavə, 2025-ci ildə məhz burada futbol yay kampı qurmaq istəyirik. Ölkəmizdə istedadı olan uşaqları "Mançester Siti" akademiyasına tanıtdırmaq və kəşf etdirmək niyyətindəyik".