“İdman statusu olan insan belə hərəkət etməz”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Baku TV-yə açıqlamasında MMA döyüşçüsü Tofiq Musayev 7 yaşlı Fərid Bakarovun ölümündə təqsirləndirilən məşqçi Mehman Xəlilovla bağlı deyib.
O bildirib ki, bu idmana və idmançıya zidd olan hərəkətdir.
“Mən özüm də məşqçilərin yanında böyümüşəm, amma belə davranış görməmişəm”, – deyə MMA döyüşçüsü qeyd edib.