İran milli komandasının əfsanəvi futbolçusu Əli Daeiyə ölüm hökmü çıxarılıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan əsilli keçmiş futbolçu, hicab qaydalarına riayət etmədiyinə görə polis tərəfindən qətlə yetirilən Məhsa Əmininin öldürülməsinə qarşı etiraz aksiyalarında iştirak edib. Hazırda həbsdə olan Daei ilə yanaşı, daha 15 000 nəfərin edəm olunacağı bildirilir.
Qeyd edək ki, futbolçu karyerasına 2007-ci ildə son verən Daei milli komandada 149 oyuna çıxıb, 107 qola imza atıb. İranlı sabiq oyunçu Kriştiano Ronaldonun 2021-ci ildə rekordu qırmasına qədər millidə ən çox qol vuran futbolçu ünvanına sahib idi.