İsveçrədə "Sürix" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında (2:2, ümumi hesab - 4:5) insident baş verib.

Offsideplus.az xəbər verir ki, 101-ci dəqiqədə Ramil Şeydayevə etdiyi kobud hərəkətə görə "atlılar"ın çalışdırıcısı Qurban Qurbanov görüşün baş hakimi Allard Lindhauta etiraz edib.

Təcrübəli mütəxəssisin bu etirazı meydan sahiblərinin qaydanı pozan oyunçusu Fidan Alitiyə xoş gəlməyib. O, Qurbanovun etirazına sərt reaksiya verib. 50 yaşlı çalışdırıcı futbolçunu sakitləşdirərək, ona barmağı ilə "əla" işarəsi göstərib.

Xatırladaq ki, "Qarabağ" "Sürix" səddini aşmaqla Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlib. "Köhlən atlar" bu mərhələdə Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək.

b5286ec5a4 47cea971 afea 323c 945c ca5cfb9a85c6850