Rusiya və Belarus Universiada-2022 yarışmasından xaric olunub.
Offsideplus.az xəbər verir ki, iki ölkənin də ən azı bu ilin sonuna kimi öz bayraqları altındakı bütün yarışlardan uzaqlaşdırıldığı bildirilib.
Tələbələr arasında 2022-ci ildə Rusiya və Belarusda planlaşdırılan dünya çempionatlatı da təxirə salınıb.
Bu qərarın verilməsinə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb olub.