“Dənizlispor” klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.
Offsideplus.az xəbər verir ki, komandanın kollektivindən götürülmüş sonuncu COVİD-19 testlərindən 15-i pozitiv çıxıb.
Onlardan səkkizinin futbolçu olduğu bildirilir. Qalanları arasında idarə heyətindən 2, texniki heyətdən 2, tibbi heyətdən isə 3 nəfərin olduğu qeyd edilib. Onların hamısı karantinə alınıb.