“Çağlarla matçdan öncə də danışdıq. Mənə uğurlar arzuladı və İngiltərə ilə bağlı nə lazım olsa, kömək edəcəyini dedi”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan millisinin üzvü Mahir Emreli deyib.
O, “Legiya”nın heyətində “Lester”ə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra rəqibin heyətindəki türkiyəli futbolçu Çağlar Söyüncü ilə görüşməsindən danışıb:
“Çağlar uğurlu statistikamın olduğunu dedi. Sonra bir-birimizə telefon nömrələrimizi verdik”.