Sudanın şimal-şərqindəki Port Sudan şəhərində yerləşən idman klubuna edilən hücum zamanı azı altı nəfər həlak olub.
Offsideplus.az xəbər verir ki, motosikletli bir neçə nəfər idman klubunun ərazisinə partlayıcı maddələr atıblar. Bundan əlavə, hadisə yerini tərk edərkən ətrafa atəş açıblar.
İki nəfər hadisə yerində, dörd nəfər isə xəstəxanada vəfat edib.