"Roma" nın futbolçusunun evinə silahlı basqın olub.
Offsideplus.az "Corriere dello Sport"a istinadla xəbər verir ki, Kris Smollinq həyat yoldaşının və iki azyaşlı övladının qarşısında təzyiqlərə məruz qalıb.. Belə ki, iki silahlı şəxs bu gün səhərə yaxın Smollinqin evinə basqın edərək, onu seyfi açmağa məcbur edib. Evdən qiymətli əşyalar və qızıllar oğurlanıb.
Yerli hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Qeyd edək ki, Kris Smollinq 2020-ci ildən "Roma"da çıxış edir.


