Keçmiş latviyalı futbolçu Roman Bezzubov qətlə yetirilib.

Offsideplus.az xəbər verir ki, hadisə Latviyanın paytaxtı Riqa şəhərində baş verib. “Qunara Astras” küçəsində qara rəngli “BMW X5” markalı avtomobillə hərəkət edən şəxslər keçmiş oyunçuya atəş açıblar. Hadisə nəticəsində Bezzubov dünyasını dəyişib. 

Qeyd edək ki, Bezzubov ölkəsində "Politsiya", "Dauqava", "Venta" və "Yurmala" kimi komandalarda çıxış edib.