Daha bir futbol veteranı Kənan Kərimovun ailəsində itki baş verib.
Offsideplus.az xəbər verir ki, mütəxəssisin atası Nizami Kərimov vəfat edib. Bir həftə əvvəl koronavirusa yoluxan 75 yaşlı Kərimov yaşadığı Yevlaxda dünyasını dəyişib. O, Yevlax xəstəxanasında ürəktutmadan vəfat edib.
Azərbaycan çempionu və Kubokunun qalibi olan Kənanın kiçik qardaşı Sahil Kərimov da veteran futbolçudu.
Qeyd edək ki, “Səbail”in qapıçısı, Azərbaycan çempionu Kamran Ağayevin atası Adilxan Ağayev də iki gün əvvəl koronavirusdan vəfat etmişdi (apasport.az).