Fransa millisinin və "Mançester Yunyated"in sabiq futolçusu Patriks Evra Ser Aleks Ferqyusonla bağlı xatirəsini bölüşüb.

Offsideplus.az xəbər verir ki, əfsanəvi məşqçi yorğun olduqlarına görə azarkeşlərə avtoqraf vermədən avtobusa yollanan futbolçuları geri qaytarıb:

"Bir gün yorğun idik və buna görə də azarkeşlərə imza vermədən avtobusa keçdik. Ser Aleks Ferqyuson isə azarkeşlərlə qaldı. Geri gəldiyində isə çox əsəbi görünürdü. "Siz kimsiniz?! Sizin maaşınızı onlar verir. İndi gedin (söyüşlə ifadə edib) və onların könlünü alın" dedi. Son azarkeşə qədər imza verdik".