Səudiyyə Ərəbistanda keçirilən İslam Həmrəyliyi Oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, ötən gün sərbəst güləşdə 2, qadın güləşi üzrə isə 3 çəkidə mübarizə baş tutub.
Finala qədər yüksələn İslam Bazarqanov (57 kq) qırğızıstanlı Abdumalik Karaçova 3:9 hesabı ilə məğlub olub və gümüş medalı boynundan asıb.
Əli Rəhimzadə (65 kq) medala yaxın olsa da, sonda heç nə qazana bilməyib. O, yarımfinalda iranlı Rəhman Əmuzadaya, 3-cü yer uğrunda görüşdə isə Ümidcan Cəlalova uduzub.
Qadınların mübarizəsində Ruzanna Məmmədova (62 kq) gümüş, Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazanıb.
Bu gün daha 4 sərbəst güləşçimiz mübarizəyə qoşulacaq.



