Bu gün Serbiyanın Zrenyanin şəhərində gənc güləşçilərin (U-23) Avropa birinciliyinə start verilir.

Offsideplus.az xəbər verir ki, yarışın açılış günündə Azərbaycanın beş sərbəst güləşçisi xalça üzərinə çıxacaq.

İlk yarış günündə ölkəmizi Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Zəfər Əliyev (97 kq) təmsil edəcəklər.

Qeyd edək ki, turnir martın 15-dək davam edəcək.